Bu gün:

İlk televiziya proqramı


96 il əvvəl, 11 sentyabr 1928-ci ildə "The Queen’s Messenger" adlı ilk televiziya dramı televiziya sistemində yayımlanıb. "The Queen’s Messenger" İrlandiyalı dramaturq J. Hartley Manners tərəfindən yazılmış səssiz melodramdır. Bu əsərdə, bir britaniyalı diplomatı ilə gizli məlumatları ələ keçirməyə çalışan rus qadın agentinin romantik görüşü əks olunub. Bu görüş Berlindəki maskalı baldan sonra baş verir.

Hər nə qədər bu, böyük bir sənət əsəri olmasa da, onun gətirəcəyi şeylər çox maraqlı idi. General Electric test departamentinin əməkdaşı Leslie Wilkins-in televiziya aparatlarının spikerlərindən eşidilən səsi ilə ilk dəfə yayıma başladı. Bu, ilk televiziya seriyasının sehrinin əsasını qoyub. Proqramda iştirak edən aktyorlardan daha çox texnik var idi. İki kamera aktyorların üzlərinə, üçüncüsü isə səhnə propuna fokuslanırdı. Yaxın çəkilişlər üçün iki köməkçi aktyor üçüncü kamerada əllərin görüntülənməsi üçün istifadə olunurdu.
Rejissor Mortimer Stevart, iki televiziya kamerasının fokuslandığı İzetta Cevel və Maurike Randall arasında özünü yerləşdirib. Stevartın qarşısında bir televiziya alıcı var idi ki, o, həmişə ötürülən görüntüləri görə bilirdi. Kiçik bir idarəetmə qutusu ilə o, görüntü çıxışını idarə edə, kameraların birini kəsib digərini daxil edə və görüntünü yavaş-yavaş dəyişə bilirdi. Həmçinin, aktyorların performansını artırmaq üçün xüsusi effektlər istifadə edərək, ayrı bir radio alıcısı ilə sinxronizə olunmuş səs əlavə edirdi. O dövrdə televiziya aparatları yalnız üç düym ölçüsündə idi və şəhərin müxtəlif yerlərində quraşdırılmışdı. Bu yayımlarda aktyorların performansını artırmaq üçün xüsusi effekt propulları da vardı. Bütün texniki zəifliklərinə baxmayaraq, "The Queen’s Messenger" müasir dram proqramlarına ilk addım idi. Baş aktrisa İzetta Cevel həm də qadın hüquqlarının müdafiəçisi olan bir siyasətçi idi və daha sonra qadınların bərabər hüquq və imkanları üçün mübarizə aparan "National Women’s Party"nin liderlərindən biri oldu. O, həmçinin "Actor’s Equitie"nin təsisçilərindən biriydi. National Woman’s Party-nin üzvləri, o cümlədən Alice Paul və Izetta Jewell-in çətin işləri nəticəsində 1918-ci ildə Nyu-York ştatında qadınlar ilk dəfə səs veriblər. Cevel haqqında bir şey dəqiqdir - o, həmişə bir işlə məşğul olub. 1948-ci ildə San Dieqo radio stansiyasında müntəzəm şərhçi oldu. O, 85 yaşını keçməsinə baxmayaraq, La Jolla sahilində üzməyə çox sevgi bəsləyirdi. Izetta 1972-ci ildən yaşadığı Tori Pines Convalescent Center-də 94 yaşında vəfat edib. 

Mənbə: Golden Globes

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et