Bu gün:

Azərbaycanda metroların təhlükəsizliyi -"1sual, 1cavab"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Mühafizə qaydaları üzrə ekspert Elmar Nuraliyevdir. O, Azərbaycanda metroların təhlükəsizliyi barədə danışıb.  

-Azərbaycanda metroların təhlükəsizliyi necə qorunur? 

Metro stansiyalarının təhlükəsizlik məsələsi həssas yanaşılmalı məsələdir. Nəzərə almaq lazımdır ki, metrodan gün ərzində yüz minlərlə sərnişin istifadə edir. Təbii ki, bu hal metro stansiya ərazilərinin və metro stansiya keçidlərinin necə böyük strateji əhəmiyyətə malik olduğunu göstərir. Ona görə də, stansiyada təhlükəsizlik məsələləri həmişə ön planda olub nəinki bizdə, dünyanın inkişaf etmiş bütün ölkələrində metro stansiyalarının təhlükəsizlik məsələlərinə ciddi yanaşılır. Həmçinin Azərbaycanda da metro stansiyalarının girişində polis əməkdaşları tərəfindən metroya girən hər bir kəsin əşyaları və çantaları xüsusi "X-Ray" cihazı vasitəsiylə yoxlanılır və çantaların içinə baxış keçirilir. Bundan əlavə, hesab edirəm ki, Azərbaycanda son zamanlarda stansiyalarda vizual təhlükəsizliyə diqqət artırılmış və bunun üçün xüsusi müşahidə kameralarından istifadə olunur. Dünyanın inkişaf etmiş ölkələrində metro stansiyalarının təhlükəsizliyini artırmaq məqsədi ilə stansiyaların girişində qapı dirəklərinə qoşulmuş xüsusi "qapı dedektorlarından", yaxud xüsusi kameralar vasitəsiylə  "üz tanıma" sistemindən, həmçinin metro stansiyalarının içində mülki dövriyyəsi qadağan olunmuş əşyaların və avadanlıqların aşkara çıxılması üçün "xüsusi dedektorlardan"  istifadə olunur. Hesab edirəm ki, hazırda Azərbaycanda metro stansiyaların təhlükəsizlik tədbirlərinə kifayət qədər ciddi nəzarət olunur.

Amin Həsənli




Paylaş
Şərh əlavə et