Kitablar bir şəkildə hər kəsin həyatına töhfə verir. Kitabların insanlara göstərdiyi təsir əhvalı qaldırmaqdan tutmuş müəyyən bir sahədə onları bacarıqlı etmək qədər genişdir, həmçinin yazıçıların daha geniş auditoriyaya çatmasına və oxucuların yazıçıların düşüncələrinə nəzər salmasına vasitəçilik edir.
Kitab oxumağın əsas üstünlüklərindən biri insanı fərqli mədəniyyətlər, tarixlər, ideyalar və təcrübələrlə tanış etməsidir. Kitablar bizi başqa yerlərə və dövrlərə apararaq, dünyaya başqalarının gözü ilə baxmağa imkan verir. Kitab oxumaqla insan həyatının müxtəlifliyi haqqında öyrənə və dünyamızın gözəlliyini, mürəkkəbliyini qiymətləndirə bilərik.
Kitab oxumağın başqa bir faydası odur ki, o, zehni və emosional rifahımızı yaxşılaşdıra bilər. Kitablar insana rahatlama, əyləncə və zövq bəxş edə bilər. Eyni zamanda, kitablar stress, narahatlıq və depressiya ilə mübarizə aparmağa kömək edir. Çətin vaxtlarda kitablar insana yol göstərə, dəstək verə və təsəlli edə bilər.
Buna görə də dünyanın müxtəlif ölkələrindən olan alimlər və təhsili ilə tanınmış şəxslər özünü inkişaf etdirmək istəyən hər bir kəsə kitab oxumağı məsləhət görür.
Mənbə: Medium
Tərcümə etdi: Arzu Qafarova
