Bu gün:

Orta dövrdə rəssamlar pişikləri niyə bu qədər pis çəkiblər?


Orta dövr rəsmlərinə baxdığınızda, adətən insan və heyvan fiqurlarının düzgün nisbətlərlə çəkildiyini görə bilərsiniz. Lakin pişiklərə gəldikdə, vəziyyət tamamilə fərqlidir. Pişiklərin başları qeyri-mütənasib, gözləri çaşqın və üz ifadələri insana narahatlıq verən bir şəkildə təsvir edilib.

Bu qəribə vəziyyətin səbəbi tam olaraq bilinmir. Orta dövr rəssamları adətən fiqurları düzgün çəkə biliblər; amma pişik rəsimlərində işlər tam tərsinə gedib. Bəzi incəsənət tarixçiləri bunun pişiklərə olan güvənsizliklə bağlı ola biləcəyini düşünür. O dövrdə pişiklər çox da sevilməyən və uğursuz sayılan heyvanlar idi. 1420-ci ildə bir rahibin pişiklərin kitablarına ziyan vurduğu barədə yazdığı məşhur hekayə bu pis şöhrəti dəstəkləyib. Rahib bir pişiyin əl yazması kitabını məhv etdiyini və “Bu gecə kitabımı pisləyən o lənətli pişiyə diqqət edin!”,- deyib.

Başqa bir teoriya isə, rəssamların pişikləri çirkin çəkməsin, əslində, onların insana nə qədər yaxın olduğunu vurğulamaq məqsədilə olduğu yönündədir. Yəni o qəribə üz ifadələrinə malik pişiklər, rəssamların pişikləri nə qədər insana bənzətdiklərini göstərmək üçün çəkilmiş ola bilər.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et