
Kristofer Kolumb Amerikanı kəşf etmək üçün ilk səyahətində artıq 50 yaşında olub. Paster quduzluğa qarşı peyvəndi kəşf edəndə 60 yaşında olub. Memar Sinanın Süleymaniyyə məscidini bitirdiyi zaman yaşı 70-i keçib. Səlimiyə məscidini tamamlayanda onun 86 yaşı olub. Ayın gündəlik və aylıq rəsmlərini çəkəndə Galileo 73 yaşında olub. Çarli Çaplin hələ 76 yaşında rejissor kimi fəaliyyət göstərib. Höte ən böyük əsəri olan “Faust”u ölümündən bir il əvvəl, 82 yaşında bitirib.
Nobel mükafatı laureatı alman həkim Albert Schweitzer 88 yaşına baxmayaraq, Afrika xəstəxanalarında fasiləsiz işləyir, əməliyyatlar aparıb. Rəssam Titian 99 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl məşhur "Lepanto döyüşü" tablosunu tamamlayıb.
Yaşlanmaq dağa dırmaşmaq kimidir. Siz qalxdıqca yorğunluğunuz artır. Nəfəsiniz qısalır, amma dünya görüşünüz genişlənir.
“Beynimiz yeni təcrübələr kəşf etdikcə insan gənc sayılır”.
Mənbə:Özgür düşüncə
Tərcümə etdi:Fidan Fərmanlı
