Bu gün:

Xəstəliklərin böyük imperiyaların tənəzzülündəki rolu


İmperiyaların zirvə dövründə bir çoxları Tanrı və insan qarşısında yenilməz sayılırdı. Böyük ərazilərə hökm edən və əsrlər boyu çiçəklənən bu imperiyalar qlobal güclər idi və onlara hücum etmək düşmənlər üçün heç bir seçim olmurdu. Lakin belə böyük güclər də tənəzzülə uğrayıb, çöküb və çox vaxt düşmənlərin köməyi olmadan baş verin. Çünki ən böyük sahələr də görünməz düşmən-xəstəlik qarşısında acizdir.



Qədim dövrlərdə xəstəlik krallıqların və imperiyaların tənəzzülündə mühüm rol oynayırdı. Xəstəlik epidemiyaları, mövcud iqtisadi, sosial və siyasi problemləri daha da pisləşdirirdi. Tarixdə gücün azalmasının səbəbləri adətən müharibələr, iqtisadi çətinliklər və siyasi qeyri-sabitlik olub. Lakin xəstəlik əhalini azaldaraq, resursları sıxışdırır və sosial nizamı dağıdırdı.


Əhalinin itkisi “domino effekti” yaradırdı-tarlalarda məhsul yetişdirmək, binaları inşa etmək, ictimai işlərdə iştirak etmək mümkün olmurdu. Bu da qida istehsalının azalmasına, aclığa, inflyasiyaya və iqtisadi durğunluğa gətirib çıxarırdı. Xəstəliklə zəifləmiş imperiyalar düşmənlər tərəfindən asan hədəf olurdu.


Mənbə: Ancient Origins


Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et