Qəribə yuxular xəstə olduğunuz zaman istədiyiniz son şeydir, lakin onlar çox yaygındır. Qızdırma yuxusu yüksək hərarət zamanı qarşılaşa biləcəyiniz parlaq və tez-tez qəribə halüsinasiyalardır.

Düşünülür ki, bədənin temperaturu əhəmiyyətli dərəcədə yüksəldikdə, normal fəaliyyət müvəqqəti olaraq dəyişdirilə bilər və bu, intensiv və sürreal qavrayışlara səbəb ola bilər.
Onlar yuxunun istənilən mərhələsində baş verə bilsələr də, canlı yuxularımızın əksəriyyəti sürətli göz hərəkəti (REM) yuxusu zamanı baş verir. Fərz edilir ki, qızdırmalar REM yuxumuzu poza bilər, buna görə də canlı yuxular baş verir.
Bu yuxular təhrif edilmiş şəkilləri, qeyri-adi hissləri və ya parçalanmış düşüncələri ehtiva edə bilər və olduqca diqqəti cəlb edə bilər. Qızdırma yuxuları adətən müvəqqəti və zərərli olmasa da, narahat edici ola bilər. İdeal olaraq, əgər qızdırma, məsələn, adi parasetamol ilə idarə olunarsa və ya qızdırma keçərsə, yuxular öz-özünə düzələcəkdir.
Mənbə: bbc
Tərcümə etdi: Selcan İbişli
