Uşaqların öyrənəcəyi nəyəsə az diqqət yetirməsi adətən öyrənmənin qarşısında bir maneə kimi görülür; bu onları dərsə fokuslanmaları lazım olduğu halda tərpənməyə, xəyallar qurmağa və danışmağa təşviq edir.
Lakin "Psychological Science" jurnalında yayımlanan bir araşdırma uşaqların məhdud diqqət qabiliyyətlərinin əslində böyüklərin gözardı etdiyi məlumatları xatırlama qabiliyyətlərini artırdığını göstərir. Toronto Universitetindən tədqiqatçılar Marlie Tandoc, Bharat Nadendla, Theresa Pham və Amy S. Finn belə izah edirlər:
Apardığımız araşdırmalarda uşaqlardan və böyüklərdən bir şeyə diqqət yetirmələrini istədiyimizdə, böyüklərin öyrənməsi daha yaxşı olur, lakin uşaqlar fokuslanmağı istədiyimizdə və tamamilə başqa bir şey etmələrini istədiyimizdə məlumatları bərabər dərəcədə yaxşı öyrənirlər.
Tandoc Amerika Psixologiya Cəmiyyətinin etdiyi müsahibədə belə deyir:
Məsələn, kiçik yaşdakı şagirdlərə kəşf ediləsi məlumatların çox olduğu mühitlərdə təhsil vermək və təbii oyunları təşviq etmək uşaqların mühitlərindən məlumat alma meylini dəstəkləməyə kömək edə bilər. Digər tərəfdən universitet tələbələri kimi gənclər hansı məlumatları öyrənməli olduqlarını açıq şəkildə müəyyən edən dərslərdən daha çox şey öyrənə bilərlər.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Fatimə Hüseynova
