Bu gün:

Günəş sistemində “divar” var



Yer Kürəsini Qoruyan Sərhəd:


Günəş Sistemimizin və ulduzlararası fəzanın kəsişdiyi yerdə yerləşən “divar” Yer Kürəsini qoruyan vacib bir sərhəd kimi çıxış edir. Ancaq bu “divar” mövcuddurmu? Bəli və xeyr. Alimlər bəzən Günəş Sisteminin “heliopauza” adlanan sərhədində temperatur artışını divar kimi təsvir edirlər. Bu, Günəşdən gələn protonlar, elektronlar və alfa hissəciklərindən ibarət “günəş küləyi”nin uzaqdakı ulduzların “küləyini” geri itələmək gücünü itirdiyi məkan bölgəsidir.

Bu sərhəddə isti və zəif günəş küləyi plazması (ionlaşmış qaz) daha soyuq və sıx olan ulduzlararası mühitə (ISM) yer verir. Heliopauza, Günəş Sistemimizi ulduzlararası fəza ilə ayıran, Günəşin maqnit sahəsi və hissəciklərinin təsir göstərdiyi “heliosfer”in kənarını təmsil edir.

Bu vacib sərhəd nə qədər böyükdür? Bir astronomik vahid (AV), Yer ilə Günəş arasındakı orta məsafəyə bərabərdir. Heliosfer, ulduzlararası küləyin qarşısında Günəşdən təxminən 120 AV məsafədə yerləşir, əks istiqamətdə isə 350 AV-dan çox uzağa qədər uzanır.

Mənbə: Sciencefocus

Tərcümə etdi: Aysel Şıxməmmədova

Paylaş
Şərh əlavə et