Əksər insan üçün dünyanın ən hündür zirvəsi Nepalda yerləşən Everest dağıdır. 8,848 metrlik bu zirvə dünya miqyasında məşhur olsa da, əslində, təbiətin hündürlük yarışında tam olaraq lider deyil. Havay adalarındakı Mauna Kea və Mauna Loa vulkanları sualtı hissələri də nəzərə alındıqda, tam 10,2 kilometr yüksəkliyə çataraq Everestdən xeyli üstündür. Bəs niyə adları o qədər də tanınmır?
Çünki onlar da Günəş sisteminin ən hündür zirvələri arasında kiçik qalır. Milyonlarla kilometr uzaqda, başqa planetlərdə bizi heyrətləndirən nəhəng zirvələr var. Hər gecə ulduzlara baxarkən, bu hündür dağların orada, kosmosun sonsuz boşluğunda bizi gözlədiyini düşünmək olduqca valehedicidir.
Mənbə: Sciencefocus
Tərcümə etdi: Aysel Şıxməmmədova
