
Bəli, gülməkdən ölmək mümkündür, amma bu sizi sevimli komediya şoularınızdan uzaqlaşdırmasın. Bu kimi halların sayı çox azdır və adətən güclü gülüş ürək tutmasına və ya boğulmaya səbəb olduğu zaman baş verir.
Bundan əlavə, insanlar güldükdən sonra huşlarını itirə bilər ki, bu da xəsarətlərlə nəticələnə bilər. Narkolepsiya xəstələri arasında gülüş və ya güclü emosiyalar səbəbilə müvəqqəti şüur itirmə halları müşahidə edilib. Həmçinin, çox nadir hallarda bəzi beyin xəstəlikləri də qarşısıalınmaz gülüşə səbəb ola bilər və ölümcül ola bilər.
Mənbə: Sciencefocus
Tərcümə etdi: Aysel Şıxməmmədova
