Bu gün:

Marketlərdəki alışveriş arabalarının maraqlı hekayəsi


Hazırda marketlərdə istifadə etdiyimiz alışveriş arabaları ilk illərində böyük maraq görməyib. 20-ci əsrin əvvəllərində alışveriş çətin idi. İnsanlar məhsulları əllərində daşıyırdılar. Ev tipi soyuducuların çox istifadə  olunmadığı dövrdə alışveriş daha da çətinləşirdi.

Oklahomalı iş adamı Sylvan Goldman, uşaqlı qadınların yaşadığı çətinlikləri görüb və təkərli alışveriş arabaları dizayn etməyə başlamışdı. 1937-ci ildə ilk funksional alışveriş arabası təqdim edildikdə, başlanğıcda maraq oyatmayıb. Kişilər bu icadı qadınlara məxsus hesab edir, qadınlar isə arabaları uşaq arabasına bənzədərək istifadə etməkdən çəkinirdilər. 

Goldman, bu mənfi reaksiyalara baxmayaraq, güclü görünüşlü modellərlə çalışaraq alışverişin əyləncəsini nümayiş etdirib. Bu, digər müştərilərin diqqətini cəlb edib və alışveriş arabalarına maraq artıb. Beləliklə, alışveriş arabaları populyarlıq qazandı və indi müxtəlif ölçü və formalarda istehsal olunmaqdadır. Hər marketdə bu praktik alətləri görmək mümkündür.

Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et