Türkiyəli alimlər heyvanlar üçün istehsal edilən quduzluq peyvəndinin ixrac edildiyini, insanlar üçün yerli quduzluq peyvəndi istehsalının klinikadan əvvəlki mərhələsinə başlandığını bildiriblər. Bursa Uludağ Universiteti Baytarlıq Fakültəsi Virusologiya kafedrasının müdiri Prof. Dr. Kadir Yeşilbağ insanlar üçün yerli quduzluq peyvəndi ilə bağlı preklinik tədqiqatlara başlanıldığını söyləyib. Erciyes Universitetinin ev sahibliyi ilə 5-ci Beynəlxalq Konfrans Peyvənd Elm Konqresində iştirak etmək üçün Kayseridə olan Yeşilbağ quduzluğun bəşər tarixində məlum olan ən qədim zoonoz xəstəlik (heyvanlarla insanlar arasında keçə bilən xəstəliklər) olduğunu bildirib.Yeşilbağ, quduzluğa yoluxanların demək olar ki, hamısının öldüyünün müşahidə edildiyini və buna görə də müalicə edilməli olduğunu bildirib. Türkiyənin quduzluq riski yüksək olan ölkələrdən biri olduğuna diqqət çəkən Yeşilbağ, quduzluq daşıyıcısı olan bir çox heyvan növünün olduğunu bildirib. Yarasaların, vəhşi ətyeyən heyvanların, pişik və itlərin bu kateqoriyaya aid olduğunu ifadə edən Yeşilbağ, "Bunlar arasında ən əhəmiyyətli rolu itlər oynayır. İnsanlarda rast gəlinən halların 99 faizindən çoxu itlərlə əlaqədardır.
Mənbə: TRT haber
Tərcümə etdi: Nərgiz Orucova
