Bu gün:

WhatsApp necə pul qazanır?


Platformanın dünya üzrə təxminən üç milyard istifadəçisi var. Hər gün bu proqram vasitəsilə milyardlarla mesaj ötürülür, qəbul edilir.

 Bu mesajlardan hətta ən darıxdırıcı olanlar belə standart olaraq şifrələnir. WhatsApp bunun üçün dünyanın müxtəlif məlumat mərkəzlərində yerləşdirilən güclü kompüter serverlərindən istifadə edir. Bu, ucuz əməliyyat deyil, amma, nə biz, nə də söhbət etdiyimiz adamlar ondan istifadə etmək üçün heç bir pul xərcləmirik.  

Bəs WhatsApp necə pul qazanır?

Şəxsi WhatsApp hesabları pulsuzdur, çünki WhatsApp şəxsi istifadə hesabları ilə ünsiyyət qurmaq istəyən korporativ müştərilərdən pul qazanır. Keçən ildən etibarən şirkətlər WhatsApp-da pulsuz kanallar qura bilir və abunə olmağı seçən hər kəsin oxuması üçün mesajlar göndərə bilirər.

Ancaq pul ödədikləri şey, həm danışıq, həm də əməliyyatlar üçün proqram vasitəsilə fərdi müştərilərlə qarşılıqlı əlaqəyə girişdir.

Son olaraq onu qeyd etmək lazımdır ki, WhatsApp Facebook və İnstagram-ın da sahibi olan Meta şirkətinə məxsusdur. Şirkətin proqramın fəaliyyəti ilə bağlı yeniliklər həyata keçirməsi və digər sosial şəbəklərlə sıx əlaqələndirilməsi WhatsApp-ın fəaliyyət dairəsini genişləndirir.

Mənbə: BBC News
Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et