
Lito Leaf 1986-cı ildə Yaponiyanın Kanaqava şəhərində anadan olmuş yarpaq kəsən rəssamdır. DEHB səbəbiylə yaşadığı diqqət çatışmazlığı və hiperaktivliyi müsbət qiymətləndirmək üçün 2020-ci ildə təkbaşına işləməyə başlayıb.
Cəmi 2 il ərzində sosial mediada yayımlanan oyma yarpaqlar böyük marağa səbəb olub.
Onun əl işlərini Yaponiyada televiziya şoularında, qəzet və jurnallarda nümayiş etdirilirdilər və təəccüblüdür ki, ABŞ, İngiltərə, İtaliya, Fransa, Almaniya, Rusiya, İran, Tayland, Hindistan, Tayvan və bir çox başqa ölkələrin mediasından böyük marağa səbəb olub.
O, böyük kommersiya uğuru ilə bütün Yaponiyada öz əsərlərinin sərgilərini təşkil edib.
Əsərlərinin ilk kitabı olan "Mən Həmişə Səninlə Olacağam" 2021-ci ilin may ayında nəşr olunub və böyük rəğbət qazanıb.
Mənbə: Atlantis Kütüphanesi
Tərcümə etdi: Fidan Fərmanlı
