
26 avqust 1883-cü ildə İndoneziyada tarixin ən güclü vulkan püskürmələrindən biri baş verib. Krakatau adası sözün əsl mənasında partlayıb. Partlayış o qədər güclü olub ki, 60 kilometr uzaqda olan dənizçilərin qulaq pərdələri partlayıb və səs-küy təxminən 5 min kilometrə yayılıb. Zərbə dalğası planetin ətrafında 4 dəfə dövrə vuraraq, bütün dünyadakı barometrləri “dəli edib”. Püskürmədən sonra bir neçə il ərzində Yer kürəsində gün batımı qan qırmızısı, ay isə mavi görünüb.
26 avqust 1883-cü ildə bütün dünyada meteoroloji stansiyalar atmosfer təzyiqində artım aşkarlayıblar. Krakatau püskürməsindən 6 saat sonra barometrlər Kalkuttada anomaliya qeydə alıblar.
12 saat sonra Sankt-Peterburq, Berlində, Vyanada, Parisdə və Romada təxminən eyni vaxtda,18 saatdan sonra Amerikada artım müşahidə olunub. Və bu bir neçə dəfə baş verib. Krakataunın yaratdığı səs (daha doğrusu, infrasəs) Yer ətrafında dörd dəfə dövrə vurub. Bu dalğa hər dəfə təxminən 34 saat ərzində fırlanıb. Planetin bəzi şəhərlərində 7-yə qədər gurultu səsi qeydə alınıb: bu yerlərə müxtəlif tərəfdən çarpaz zərbə dəyib.
Mənbə: CNN
Tərcümə etdi: Səid Quliyev
