
"Gap year", məktəbi bitirməklə universitetə daxil olmaq arasındakı fasilədir. Attestat aldıqdan sonra seçdiyiniz peşəyə qərar verib, hara gedəcəyinizi dəqiq bilirsinizsə, vaxt itirməməlisiniz. Ancaq şübhəniz varsa, fasilə vermək barədə düşünməyə dəyər. Belə bir qərardan sonra nə ilə qarşılaşmalı olacaqsınız?
Müsbət cəhətlər: "Gap year" səyahət etmək və könüllü proqramlarında iştirak etmək üçün bir fürsətdir. Əlavə bir il məzun üçün müstəqil bir həyat haqqında öyrənməyə, məsuliyyəti inkişaf etdirməyə və məqsədlərinə təkbaşına çatmağa imkan yaradır. Dayanmaq və nə etmək istədiyinizi sakitcə düşünmək üçün bir il ərzində vaxt olur.
Mənfi tərəflər: Bəzən "Gap year"dan sonra insanlar uzun müddət universitetə daxil olmaq və ali təhsil almaq fikrindən daşınırlar. Bu bir il üçün səlahiyyətli bir plan olmadıqda, həmyaşıdlarınızın universitetin birinci kursunu bitirdikləri və ya dəyərli iş təcrübəsi qazandıqları önəmli vaxtı itirə bilərsiniz.
Mənbə: Post.edu
Tərcümə etdi: Fatimə Kərimli
