Bu gün:

İlk qadın kansler : Angela Merkel


Merkel 17 iyul 1954-cü ildə Qərbi Almaniyanın Hamburq şəhərində anadan olub. Fiziki kimya ixtisası üzrə doktorant təhsilinə sahib olan Markel 1989-cu il inqilabının başladığı vaxtlarda bu siyasətə daxil olub və bu yolda əmin addımlarla ilərləyib. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edilib.

Bəzi Qərb məlumatlarına əsasən, ona “Hitlerin qızı” da deyirlər. Markeli həmçinin Fürerin dəvamçıları kimi də səsləndirirlər. Angela Markelin məktəb illərində ən çox sevdiyi fənn rus dili olub. O, 1968-ci ildə 14 yaşında olarkən Moskva şəhərində rus dili fənni üzrə olimpiadanın qalibi adını qazanıb. Xanım kansler bu gün də rus dilində sərbəst danışa bilir. 

Markel 36 yaşında Helmut Kol kabinetinin ən cavan naziri olub. Onun gözlənilmədən “Qadın və Gənclərin işi” üzrə nazir təyin olunmasından sonra Angela Merkeli “Kolun qızı” adlandırıblar.

Dünya siyasətində mübariz, qorxmaz siyəsətçi kimi tanınan Angela Merkelin çəkindiyi bir nöqtə də var. 1995-ci ildə velosipedlə gəzintidən gələrkən qonşusunun iti onu dişləyib. Bu hadisədən sonra Markeldə itə qarşı qorxu yaranıb. Hazırda kansler xarici səfərlərə gedərkən mühafizə xidməti həmin ölkələrə bu haqda əvvəlcədən xəbərdarlıq edib ki, Angela Merkelin olduğu bölgələrdə it olmamalıdır. 

Angela Markel cəmiyyətin arasında olmağı çox sevən siyasətçidir. O, çox vaxt adi alman vətəndaşı kimi lazım olan ərzaqları marketdən özü alır.


Mənbə: Forbes

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et