Bu gün:

Bədən sağlamlığınız ruh sağlamlığınıza bağlıdır


Ağıl ilə bədən arasında aydın bir ayrım olsa da, ruh sağlamlığı və fiziki sağlamlıq bir-biri ilə sıx bağlıdır. Zəif ruhsal vəziyyət xroniki fiziki xəstəliklər üçün risk yaradır, eyni zamanda, bu xəstəlikləri olan insanların ruhsal sağlamlığı da təhlükə altındadır.



Stres, anksiyete və depressiya fiziki xəstəliklərə səbəb ola bilər. Duyğularımızı gizlədib ifadə etmədikdə, nəticədə, bu, bizim sağlamlığımıza mənfi təsir göstərə bilər. Məsələn, çox stres boyun ağrıları kimi fiziki simptomlara yol aça bilər. Beləliklə, ruh halımızın sağlamlığımız üzərində ciddi təsiri vardır.


Mənbə:yasantipsikoloji.com


Tərcümə etdi:Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et