Bu gün:

Görəcəyiniz ən qeyri-insani təşkilat: "Uşaq qatili"


Qruplaşma haqqında bilinən əsas məqamları diqqətinizə çatdırırıq:

1. Adlarını yeni doğulan körpələrdən götürürlər. 

 2. Xəstə uşaqları əvvəlcədən razılaşılmış xəstəxanalara göndərirlər.

Göndərmə prosesi quruma bağlı 112 Təcili Zəng Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir. 

Körpə uşaqların vəziyyətini olduğundan daha ağır göstərərək xəstəxanalarda saxlayırlar. 

 3. Razılaşılmış xəstəxana sahibləri və baş həkimləri kömək etməklə maddi fayda əldə edirlər. 

 4. Bu yolla müalicə xərcləri 3-4 dəfə artırılır və SGK-dan yüksək ödəniş alınır. 

 5. Yenidoğulmuş uşaqlara qulluq bölmələri başqa məqsədlər üçün istifadə edildiyindən və tibbi üsullara əməl olunmadığından bəzi körpələr xəstəliyə yoluxur və ölür. 

 6. Xəstə körpələrə ehtiyyac olan dərman vəsaitlərini istifadə etməyərək xaricə satıb, gəlir əldə edirlər.

 7. Həyatını itirən bəzi körpələr lazımi tibbi müayinədən keçirilmir. 

 8. Quruma qarşı 494 səhifəlik ittiham aktı hazırlanıb. 

 9. Hadisəni araşdıran prokuror iş otağında ölümlə hədələnib.

 10. İttihama görə, 21 şübhəli körpə ölümü var. 

 11. Prokurorluq təşkilati əlaqə formasında 2400 görüş müəyyən edib. 

 12. Telefon qeydlərində bəzi göstərişlər aşkarlanıb: “Uşağı öldür, Körpə ölsün, Bu uşaq sağ qalmayacaq...”

Mənbə: BPT Haber

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et