Amateur tarixçi Bram Stoker-in məşhur qotik romanı Drakuladan cəmi yeddi il əvvəl nəşr olunan və uzun müddətdir itkin olan qısa hekayəsini tapıb. Brian Cleary, İrlandiya Milli Kitabxanasının arxivlərini araşdırarkən 134 illik bir ruh hekayəsinə rast gəldi. Gibbet Hill, Stokerin Drakula üzərində işləməyə başladığı 1890-cı ildə ilk dəfə Dublində bir qəzetdə yayımlanıb, lakin o vaxtdan bəri sənədləşdirilməyib.

Stokerin bioqrafiyasını yazan Paul Murray, bu hekayənin onun yazıçı kimi inkişafına işıq tutduğunu və “Drakulanı nəşr etmək yolunda vacib bir dayanacaq” olduğunu qeyd edir. Hekayə, üç cinayətkar tərəfindən öldürülən və cəsədləri keçənlərə xəbərdarlıq olaraq darağacında asılan bir dənizçinin hekayəsindən danışır. Hadisə, Charles Dickensin 1839-cu ildəki Nicholas Nickleby romanında adı keçən Surreydəki Gibbet Təpəsində baş verir.
Cleary 2021-ci ildə ani eşitmə itkisindən sonra işdən icazə almış və bu müddətdə Dublindəki milli kitabxanada vaxt keçirmişdir. 2023-cü ilin oktyabrında Stokerin pərəstişkarları 1890-cı il Daily Express Dublin Editionun Milad əlavəsində qeyri-adi başlığa rast gəliblər. Cleary, AFP xəbər agentliyinə verdiyi açıqlamada, “Gibbet Hill sözlərini oxuyanda, Bram Stokerin belə bir hekayəsinin olduğunu heç vaxt heç bir bioqrafiyada və ya bibliyografiyada görməmişdim” deyib.
Kəşfi etdiyi anı xatırlayaraq Cleary düşünürdü: “İndi bununla nə edəcəm?” Kitabxananın direktoru Audrey Whitty Cleary-nin ona zəng edərək, “Qəzet arxivinizdə inanılmaz bir şey tapdım, inanmayacaqsınız” dediyini söyləyib. Cleary-nin dediyi kimi, bu həqiqətən də dünya miqyasında kəşf olunmağı gözləyən əhəmiyyətli bir tapıntıdır. O, ilkin araşdırmalardan sonra bioqrafçı Paul Murray ilə əlaqə saxladı. Murray bu hekayənin yüz ildən çoxdur ki, itkin olduğunu təsdiqlədi və “Bu, xeyirlə şərin mübarizəsini izah edən klassik bir Stoker hekayəsidir,” dedi.
Gibbet Hill, irlandiyalı rəssam Paul McKinley-nin əsərləri ilə birlikdə, Cleary-nin işlədiyi Dublindəki Rotunda Xəstəxanasının xeyriyyə fondu tərəfindən dərc olunur. Elde edilen gəlir, körpələrdə eşitmə itkisi üzrə araşdırmalara dəstək üçün yaradılan və Bram Stokerin eşitmə itkisi müdafiəçisi olan anasının adına qurulmuş Charlotte Stoker Fonduna gedəcək. Bu kəşf, ayın sonunda keçiriləcək Bram Stoker Festivalında da vurğulanacaq.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
