Bu gün:

Alimlər gündəlik gəzinti vaxtını kəşf ediblər


Gündə 10.000 addım atmaq milyonlarla insanın izlədiyi ümumi fitness məqsədidir. Ancaq yeni araşdırmalar arıqlamaq üçün daha qısa və daha təsirli bir üsul olduğunu ortaya qoyub.



İtalyan alimlərinin araşdırmasına görə, uzun gəzintilər əvəzinə gün ərzində tez-tez "mikro gəzintilər" daha çox kalori yandırmağa kömək edə bilər. Tədqiqat 10 sağlam yetkinin hərəkətlərini araşdırıb və müəyyən edib ki, 10-30 saniyəlik qısa gəzintilər eyni məsafəni bir vuruşda qət etməkdən 60% daha çox enerji sərf edib.


Mütəxəssislər qeyd edirlər ki, kiçik gəzintilərlə uzun müddət hərəkətsizliyin aradan qaldırılması gündəlik enerji xərclərini əhəmiyyətli dərəcədə artıra və sağlamlığı yaxşılaşdıra bilər.


Tədqiqatın aparıcı müəllifi, Milan Universitetindən fizioloq Francesco Luciano, "Daha qısa məsafələri getdiyimiz zaman daha çox enerji sərf edirik və eyni məsafəni qət etmək üçün daha çox oksigen istehlak edirik",- deyə bildirib.



Mənbə: Sözcü Gazetesi


Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et