Bu gün:

Dostoyevskinin “Bəyaz gecələr” əsəri haqqında


Əsər yazıçının 1848-ci ildə nəşr olunmuş qısa romandır. Kitab sevgi, tənhalıq, xəyallar və reallıq arasındakı ziddiyyətlərdən bəhs edən dərin əsərdir. Dörd gecə Sankt-Peterburqda baş verən hadisələrdən bəhs edir. Roman bir xəyalpərəst, introvert şəxs tərəfindən danışılır.

Romanı nəql edən qəhramanımız sosial həyatı zəif olan gəncdir və şəhərdə təkbaşına gəzən zaman Nastenka adlı bir qadınla tanış olur. Qadın sevdiyi adamın geri dönməsini gözləyir, lakin bu müddət ərzində onların əsas qəhrəmanı ilə dərin dostluğu yaranır. Kişi Nastenkaya aşiq olur, lakin Nastenkanın başqasına qarşı hissləri var. Sonda Nastenkanın sevdiyi adam qayıdır və qəhraman Nastenkanın xoşbəxtliyi üçün öz hisslərindən əl çəkmək məcburiyyətində qalır.

Qeyd edək ki, bu roman təkcə rus ədəbiyyatı üçün deyil, dünya ədəbiyyatı üçün də mühüm əsər hesab olunur.

Mənbə: Milliyyet

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et