Bu gün:

Yataqda telefon istifadəsi ilə bağlı xəbərdarlıq edilib


Tədqiqatçılar telefondan yataqda istifadənin düşündüyünüzdən daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edirlər.

"MattressNextDay" tərəfindən maliyyələşdirilən araşdırma, telefonunuzun  bir çox zərərli bakteriyalara ev sahibliyi edə biləcəyini ortaya qoyub.

Tədqiqatçılar, Pseudomonas aeruginosa kimi tanınan bu bakteriyanın bədəninizə zərər verə biləcəyini və dəriniz, qan, ağciyərlər və mədə-bağırsaq (GI) sisteminizə təsir edə biləcəyini söyləyib. Daha pis vəziyyətdə, bu da səpgilərə, pnevmoniyaya və hətta sepsisə səbəb ola bilər.

YouGov-un araşdırmasına görə, Britaniyada təxminən 50 milyon insan yataq otağında telefonu ilə yatır, telefonların əksər tualet oturacaqlarından 10 qat daha çox bakteriya daşıdığını göstərən araşdırmalara baxmayaraq, 74% insan gecə telefonunu yanında saxlayır. 

Telefonunuzu yatağa gətirmək nəinki melatonini yatıran və pis gecə yuxusuna səbəb olan mavi işığa məruz qalma səviyyəsinin artmasına səbəb olur, həm də o deməkdir ki, siz yatağa bir çox bakteriya apara bilərsiniz və isti mühit bakteriyaların çoxalmasını təşviq edə bilər.  


Mənbə: Opera news

Tərcümə etdi: Fatimə Cabbarlı

Paylaş
Şərh əlavə et