Londonun mərkəzindəki binasında rəsmlərə edilən bir sıra hücumlardan sonra Milli Qalereya uşaq südü, süd və reseptlə yazılan dərmanlardan başqa mayelərlə birgə girişi qadağan edib. Cümə günü səhər saatlarından etibarən bu tədbir etirazçılar tərəfindən sənət əsərlərinə ziyan vurulmasından sonra qüvvəyə minib.

Qalereyanın rəhbəri:"Təəssüf ki, biz indi elə bir nöqtəyə gəldik ki, ziyarətçilərimizi, işçilərimizi və kolleksiyamızı qorumaq üçün hərəkətə keçməyə məcbur olduq",-deyə bildirib.
Etirazçılar 2022-ci ilin iyul ayından bəri müxtəlif vaxtlarda 5 dəfə incəsənət muzeyini hədəfə alıblar. Vinsent van Qoqun “Günəbaxanlar”, Con Konsteblin “Hay Vain” və Dieqo Velazkesin “Rokebi Venera” əsəri zədələnib.
Mənbə: Euronews
Tərcümə etdi: Fatimə Kərimli
