Duyğular insan təbiətinin bir hissəsidir. Onlar bizə yaşadıqlarımız haqqında məlumat verir və necə reaksiya verəcəyimizi anlamağımıza kömək edir.
Bəzi insanlar təbii olaraq duyğularıyla daha çox təmasda olurlar. Xoş xəbər budur ki, hər kəs duyğularının fərqində ola bilər. Bu, sadəcə təcrübə tələb edir. Lakin emosional fərqindəlik, insanlara həyatda uğur qazanmağa kömək edə biləcək emosional zəkanın qurulması yolunda ilk addımdır.
Bütün duyğular bizə özümüz və vəziyyətimiz haqqında nəsə deyir. Amma bəzən nə hiss etdiyimizi qəbul etməkdə çətinlik çəkirik. Məsələn, qısqanc hiss etdiyimiz üçün özümüzü mühakimə edə bilərik. Ancaq belə hiss etməməli olduğumuzu düşünmək əvəzinə, əslində necə hiss etdiyimizi qəbul etmək daha yaxşıdır.
Həyatda hər şeydə olduğu kimi, duyğulara gəldikdə də, təcrübə ilə mükəmməllik əldə olunur. Özünüzə xatırladın ki, yaxşı və ya pis duyğular yoxdur. Hisslərinizi mühakimə etməyin — sadəcə onları müşahidə edib adlandırmağa davam edin.
Mənbə: TeensHealth
Tərcümə etdi: Arzu Qafarova
