Bu gün:

Ətriyyatçılıq necə yaranıb?


Ətriyyattçılıq müasir gözəllik industriyanın ən qədim peşələrindən biridir. Ətriyyatçılıq və ya parfumeriya sözü latın sözü “per fumum” sözündən gəlir, mənası isə “tüstüdən keçən” deməkdir. Bu isə onu bildirir ki,qədim ətriyyat ilk dini rituallar üçün istifadə olunub.


Bu rituallar özəlliklə Qədim Misir, Mesopotamiya, Qədim Yunanıstanda baş verib. Tarixin ilk ətriyyatçısının adı məlum olmasa da, tədqiqatçılar bunun Tapputi olduğunu düşünür. Bu günə qədər tapılan ən qədim ətriyyat 2003-cü ildə Yunanıstanda tapılıb və 4000-ə yaxın yaşı olduğu düşünülür.

Ətriyyatın ən inkişaf etdiyi məkan Şərq sayılır. IX əsrdə Ərəb kimyagəri Al-Kindi “Ətriyyatçılıq və distilasiya kimyası” kitabını yazıb. Kitabda yüzlərlə ətriyyat resepti yazılıb.

İlk vaxtlar Ərəb və Şərq kimyagərləri qalıcı yağlardan istifadə etsə də, daha sonra bunun yerinə spirt istifadə etməyə başlanılır. İlk spirtdən hazırlanan ətir 1370-ci ildə Eau de Hongri (Macarıstan Kraliçasının suyu) ətri olub. Bu ətir, əfsanəyə görə, 72 yaşlı Kraliça Elizavetaya cavanlığını və sağlamlığını qaytarır.

Renessans dövründə isə saray ətriyyatına yeniliklər gəlir. Belə ki, Louis XIV zamanında daha ağır ətirlər işlədilir.

Louis XV isə daha çox laym, portağal, berqamot ətirlərinə üstünlük verir.

Mənbə: Symbol

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et