Bu gün:

Dünyanın ən təhlükəli heyvanları


Bir çox heyvanlar təbii olaraq özlərini müdafiə etmək və ovlarını iflic etmək üçün zəhərli maddələr istehsal edir, digərləri isə yedikləri qidalardan toksinləri toplayırlar. 

1. Asiya pələngi ilanı

Asiya pələngi ilanı zəhər daşıyan yeganə ilan növüdür. Bu ilan təkcə dişləməsi üçün zəhər istehsal etmir, həm də qurbağa ovundan əldə etdiyi zəhəri dərisində saxlayır.

2.Şahin dimdikli dəniz tısbağaları

Şahin dimdikli dəniz tısbağaları zəhərli yosunlar, süngərlər daxil olmaqla müxtəlif ovlar yedikləri üçün onların əti də son dərəcə zəhərli ola bilər. Bu o deməkdir ki, bu tısbağalardan birinin ətini yeyən hər kəs ürək bulanması, qusma, ishal və digər mədə problemləri ilə müşayiət olunan dəniz tısbağası zəhərlənməsindən əziyyət çəkə bilər.

3. Xırda dərili salamandra

Zəhərli salamandranın yanlız 3 növü mövcuddur, bunlardan da ən zəhərli olanı xırda dərili salamandradır. Onlar ətindəki tetrodotoksin miqdarı ilə əksər yırtıcılara ölümcül ziyan vurur, lakin xəbərdarlıq etmək üçün güclü bir qoxu istehsal edirlər. 

Mənbə: OneKindPlanet

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et