Bu gün:

Cinayət və ölüm cəzasının tarixi inkişafı


Cinayət kimi ağır günahlar üçün verilən ən qədim cəzalandırma yollarından biri ölüm cəzasıdır. Tarixsəl olaraq ölüm cəzası, cəmiyyətdə ədalətin bərqərar olunmasında istifadə edilmişdir. Bilinən ilk ölüm cəzası eradan əvvəl 18-ci yüzillikdə Babil kralı Hammurapi tərəfindən istifadə olunmuşdur. Bu qanunlar "gözə göz, dişə diş " prinsipi ilə məşhurdur və cinayət işlərinə qarşı sərt cəzaları planlaşdırmışdır.

Günümüzdə Cinayət kimi işlərə verilən cəzalar ölkədən ölkəyə dəyişməkdədir. Belə ki, bəzi ölkələrdə ölüm cəzası istifadə edildiyi halda bəzi ölkələrdə ölüm cəzası ləğv edilmiş bunun yerinə isə ömürlük həbs və ya uzun müddətli həbs cəzaları tətbiq edilmişdir. Məsələn ABŞ kimi bir dövlət ölüm cəzasını insan hüquqlarına zidd olduğu üçün ləğv etsə də ölkənin bir çox əyalətlərində bu cəza mövcud olmaqdadır.

Bu tarixi və müasir metodlar cinayət kimi işlərə qarşı cəmiyyətin necə fərqli yanaşmalar sərgilədiyini və zamanla bu yanaşmanın necə dəyişdiyini göstərməkdədir.

Mənbə: Amnesty international 

Hazırladı: Zeynəb Yunuszadə

Paylaş
Şərh əlavə et