Hər iki ilan növü göz qamaşdırır, lakin aralarında bəzi fərqlər var. Ölçü və uzunluq baxımından nəzərə alsaq, pitonların uzunluq baxımından öndə olduğunu deyə bilərik.

Torlu piton kimi tanınan Malayopython reticulatus növü rekordlardakı ən uzun ilan kimi tanınır, təxminən 10 metrə qədər uzana bilir və 158 kiloqram ağırlığındadır. Demək olar ki, kiçik bir avtobus uzunluğundadır. Torlu pitonlara Cənub-Şərqi Asiyada rast gəlinir və ümumiyyətlə su yaxınlığında yaşamağa üstünlük verirlər.
Yaşıl anakondalar da var ki, ölçüsünə gəldikdə onları gözardı etmək olmaz. Qeydə alınan ən yüksək uzunluq 8,43 metr və 227 kq-dır. Onlar çəki baxımından pitonları üstələyirlər.
Su altında ov tutmaq qabiliyyəti ilə məşhur olan yaşıl anakondalar Cənubi Amerikanın nəmli meşələrində yaşayır.
Ölçü onlar arasındakı yeganə fərq deyil. Güclü əzələləri sayəsində anakonda pitondan daha çox güc tətbiq edə bilir. Sıx əzələ kütlələri sayəsində böyük heyvanları belə boğaraq öldürə bilirlər.
Pitonlar isə daha sürətli hərəkət etdikləri üçün xüsusilə quruda daha çevikdirlər ki, bu da onları çeviklik baxımından önə çıxarır.
Bu iki nəhəng ilan arasında "güc mübarizəsi" olsaydı, nəticə çox güman ki, anakondanın xeyrinə olardı.
İllər boyu ilanlar haqqında çoxlu əfsanələr danışılıb. Xüsusilə anakondaların insanları diri-diri udması kimi. Çox vaxt bu hekayələr sadəcə şişirtmədir, lakin unutmaq olmaz ki, anakondaların çox böyük yırtıcıları udmaq üçün kifayət qədər çevik çənələri var. Eyni şey pitonlara da aiddir. Böyük bir piton ceyranı və ya kiçik donuzu asanlıqla uda bilər.
Nəticə olaraq, dünyanın ən böyük ilanı ilə bağlı sual hansı metrikaya baxmağınızdan asılıdır. Pitonlar uzunluq baxımından öndə olsalar da, anakondalar çəki və güc baxımından liderliyi heç kimə buraxmır.
Beləliklə, hər iki nəhəng ilan təbiətin ən təsirli yırtıcıları arasındadır və onlarla yaxından tanış olmaq həqiqətən heyranedicidir.
Mənbə: webtekno
Tərcümə etdi: Selcan İbişli
