Dünyadan 635 işıq ili uzaqlıqda yerləşən bir ulduzun ətrafında vulkanik aktivliklərlə zəngin bir ayın mövcudluğuna dair yeni sübutlar tapılıb. WASP-49b adlı bir ekzoplanetin orbitində böyük bir natrium buludu aşkar edilib. Bu ekzoplanet WASP-49 adlı ulduzun ətrafında fırlanır.

Elm adamları bu natrium buludunun planetdən yox, onun orbitindəki ekzomaydan qaynaqlandığını düşünürlər. Çünki WASP-49b bir qaz nəhəngidir və bu tip planetlərdə vulkanların mövcud olması gözlənilmir. Üstəlik, natrium buludu planetin hərəkəti ilə uyğunlaşmır, lakin əgər WASP-49b-nin vulkanik bir ayı varsa, bu buludun hərəkəti məntiqli olur.
Astrofizik Apurva Ozanın önəmli sübutu
Kaliforniya Texnologiya İnstitutundan astrofizik Apurva Oza belə deyib: "Əgər bu bulud planetin atmosferinə aid olsaydı, fizikaya uyğun şəkildə hərəkət etməli idi, lakin tam əksi müşahidə olunur. Bu isə əhəmiyyətli bir sübutdur".
Günəş Sistemində planetlərdən çox peyk var və bu vəziyyətin qalaktikamızda da keçərli olması ehtimal edilir. Lakin Günəş Sistemindən kənar bu cür ekzomayların aşkar edilməsi çox çətindir. İndiyədək ekzoplanetlər barədə əldə etdiyimiz məlumatlar belə məhdud olduğu halda, ekzomaylardan alınan siqnallar daha zəifdir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Talehə Hüseynzadə
