Bu gün:

İsrail Nablus şəhərini "böyük bir həbsxanaya" çevirib



İsrailin iki ildir ki sərt blokada tətbiq etdiyi və yalnız dörd hərbi nəzarət məntəqəsindən giriş-çıxışa icazə verdiyi işğal altındakı Qərb Sahilinin Nablus şəhəri sakinləri həm iqtisadi, həm də psixoloji cəhətdən çöküş yaşadıqlarını bildirirlər.



Qərb Sahilinin ən böyük şəhərlərindən biri və Fələstin iqtisadiyyatının mərkəzi olan Nablusda mühasirə səbəbilə ticarət fəaliyyətləri dayandırılıb. Mühasirə iqtisadiyyatdan əlavə şəhər sakinlərinin gündəlik həyatına da mənfi təsir göstərib.


İsrail ordusu şəhərin bütün girişlərini bağlayaraq ətrafında hərbi nəzarət məntəqələri qurmuşdur ki, bu da şəhəri bir növ açıq həbsxanaya çevirib.


Şəhərdə yaşayan fələstinlilər iş və ya digər səbəblərlə şəhərdən çıxmaq və ya geri dönmək üçün İsrail qüvvələrinin yaratdığı nəzarət məntəqələrində saatlarla gözləmək məcburiyyətində qalırlar.


Mənbə: TRT Haber


Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et