Bu gün:

Pandalar DC Zooparkındakı yeni evlərini kəşf edir


Vaşinqtonda yerləşən Smithsonian Milli Zooparkı Çinlə "panda diplomatiyası" çərçivəsində Bao Li və Qing Bao adlı iki nəhəng pandanı qarşılayıb.

Zooparkın pandalar üçün ayrılan hissəsi sonuncu pandaların Çinə qaytarılmasından sonra 11 aydır ki, boş qalmışdı.

Pandalar yeni 10 illik müqavilə çərçivəsində Smithsonian Milli Zooparkında olacaqlar. Onların yeni mühitə uyğunlaşması üçün minimum 30 gün karantində saxlanılması nəzərdə tutulur.


Mənbə: BBC News

Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et