Şərqi Almaniyanın keçmiş məxfi polisi 50 il əvvəl Qərbi Berlinə qaçmağa cəhd edən polşalını qətlə yetirdiyinə görə 10 il həbs cəzasına məhkum edilib.
Məhkəmə sənədlərində Martin Manfred N kimi adları çəkilən adamın hazırda 80 yaşı var. O, 1974-cü ildə Fridrixştrasse stansiyasında Polşa səfirliyinə bomba daşıdığını iddia edərək və getməsinə icazə verilməsini tələb edəndən sonra Çeslav Kukuçkanı kürəyindən güllələyib.

Stasi məxfi polisi kommunist Şərqi Almaniyanın 1990-cı ildə Qərblə yenidən birləşməsindən əvvəl işlə bağlı sənədləri parçaladıqdan sonra qətlin təfərrüatları onilliklər ərzində naməlum qalıb.
Berlin prokurorları tarixçilər və Polşa hakimiyyət orqanlarının davamlı araşdırmalarından sonra 2023-cü ildə ona qarşı ittiham irəli sürüb.29 mart 1974-cü ildə yanğınsöndürən 38 yaşlı Kukuczka əlində portfellə Şərqi Berlinin Unter den Linden bulvarındakı Polşa səfirliyinə daxil olub.
Üç uşaq atası - yalandan - bomba gəzdirdiyini söylyib. O, Qərbi Berlinə getməsinə icazə verilməsini tələb edib.
Stasi zabitləri ona çıxış vizası və bir qədər Qərbi Alman pulu verdilər və onu hələ də şəhərin qərb tərəfindən qatarların xidmət etdiyi Friedrichstrasse stansiyasına qədər müşayiət ediblər.
Kukuczka stansiya daxilində bir neçə sərhəd yoxlamasından keçdi. Lakin o, stansiyanın qərb hissəsinə çatmamış bir nəfər arxadan ona yaxınlaşaraq kürəyindən atəş açıb.
Qərbi Almaniyanın Hessen şəhərindən olan bir qrup məktəbli də qətlin şahidləri arasında olub. Onlardan biri məhkəmədə sübut etdi ki, o, "uniformalı insanlar" keçidi möhürləməmişdən əvvəl bir kişinin Kukuczka'ya atəş açdığını görüb.
İşin təfərrüatları Stasi arxivlərində əlaqəli faylları izləyən tarixçilər tərəfindən aşkar edildi. Naumann-ı qətllə əlaqələndirən və doğranmış sənədlər xüsusi hazırlanmış maşından istifadə edilərək bərpa edilib.
Kukuczka ailəsinə onun taleyi barədə heç vaxt rəsmi məlumat verilməyib. Onun külləri öldürüldükdən bir neçə həftə sonra həyat yoldaşına göndərilib. İş Polşanın 2021-ci ildə Naumann üçün Avropa həbsinə order verdikdən sonra məhkəməyə verilib. Məhkəmə Almaniyada Holokost günahkarlarının sağ qalan məhkəmələri kimi xüsusi tarixi əhəmiyyət kəsb edir.
Martin Manfred N həmişə günahsızlığında israr edirdi. Onun vəkili qətli törətdiyinə dair heç bir sübutun olmadığını bildirib. Şərqi Almaniya 1945-ci ildə nasist Almaniyasının məğlubiyyətindən sonra Almaniyanın Sovet İttifaqı tərəfindən işğal olunmuş hissələrindən yaradılmışdır. Bu, kommunist diktaturası idi, Qərbi Almaniya isə Amerika, Britaniya və Fransa işğal zonalarından yaradılmış kapitalist, demokratik dövlət idi.
1990-cı ildə hər iki ölkə müasir Almaniyanı yaratmaq üçün yenidən birləşib.
Mənbə: BBC News
Tərcümə etdi: Fatimə Fərzəli
