Bu gün:

Cənubi Afrika əhalisinin mübarizəsi hələ də davam edir


Cənubi Afrikada son 40 ilin ən şiddətli quraqlığı səbəbindən meydana gələn ərzaq böhranı nəticəsində bölgədə bu aydan etibarən 15 milyon insanın təcili ərzaq yardımına ehtiyacı olduğu bildirildi.

Quraqlıq səbəbindən aprel ayında son 5 ilin ən pis məhsul dövrünü keçirən bölgə ölkələri, ərzaq ehtiyatlarının tükənməsi ilə ciddi bir ərzaq böhranı ilə üzləşirlər.

Digər tərəfdən də, qeyri-kafi qidalanma və susuzluq səbəbindən gələcək aylarda bölgədə yoluxucu xəstəliklərdə ciddi artım gözlənilir.

Güney Afrika Kalkınma Topluluğu (SADC) məlumatlarına görə, quraqlıqdan ən çox təsirlənən Zambiya, Malavi, Zimbabve, Mozambik, Angola, Namibiya, Lesotho və Botsvana'nın toplam əhalisi 130 milyon nəfərə çatıb. 

Bu əhalinin yarısından çoxunu təşkil edən 68 milyon insan quraqlıq və aclıq səbəbi ilə müxtəlif səviyyələrdə yardıma ehtiyac duyur.

Dünya Sağlıq Təşkilatının (DSÖ) 14 Oktyabr tarixində yayımladığı "Cənubi Afrikada aclıq" başlıqlı hesabatına görə, bölgədə 22 milyondan çox insan yüksək səviyyədə ərzaq təhlükəsizliyi ilə qarşılaşır.

Hesabatda, Aprel 2025-dəki gələcək məhsul dövrünə 6 ay qalmış, bölgə ölkələrinin qeyri-kafi ərzaq ehtiyatlarının tükənmə nöqtəsinə gəldiyi vurğulanır. Bu vəziyyətin, bu aydan etibarən bölgədə 15 milyon insanın təcili qida ehtiyacının olması ilə nəticələnəcəyi qeyd edilir. Gələcək aylarda bölgədə ciddi humanitar böhrana işarə edilir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et