Okeanlardakı isinmə təsirlərini ciddi şəkildə göstərməyə başlayıb. Qasırğalar getdikcə güclənərkən, dəniz canlılarının populyasiyaları da dəyişməyə başlayıb.

Qlobal iqlim dəyişiklikləri dünyanın 70%-ni əhatə edən okeanlara da dərin şəkildə təsir edir. Dünyanın müxtəlif bölgələrində sürətlə artan su temperaturu, okean ekosistemlərini təhlükəli şəkildə dəyişdirir. Birləşmiş Millətlər Təşkilatının Hökumətlərarası İqlim Dəyişiklikləri Panelinin (IPCC) yayımladığı məlumatlara görə, 1970-ci illərdən bəri okeanlar insan fəaliyyəti nəticəsində yaranan isinmənin 90%-dən çoxunu udub. Bu müddətdə dünya dənizləri hər 10 ildən bir təxminən 0,13 dərəcə isinib.
30-40 il əvvəl bu qədər çox qasırğa fəlakətləri eşitmirdik. Son 20 ildə, xüsusilə qlobal isinmənin getdikcə sürətlənməsi okeanlara da təsir etdi. Beləliklə, qasırğaların sıxlığında və şiddətində artım baş verdi.
Okeanlarda isinmə hər il daha da artsa da, son dövrdə əlavə bir vəziyyət baş verir. Atlas Okeanında soyuma başladığını bildirən Dr.Bozyurt, sözlərini bir ssenaridən bəhs edərək tamamlayır:
“Yenə Sakit Okeanında da bir soyuma başlayıb. Biz buna La Nina dövrü deyirik. Buna görə də, əgər bu La Nina dövrü güclənərsə, isinmə müvəqqəti bir müddətə qədər azalabilər. Lakin NASA-nın, Dünya Meteorologiya Təşkilatının və bu sahədə çalışan bir çox qurumun düşüncələrinə görə, 2100-cü ilədək dünyada ortalama temperaturun müəyyən dərəcədə artacağı gözlənilir.”
Mənbə: TRT Haber
Tərcümə etdi: Arzu Qafarova
