Bu gün:

ABŞ-də qətl hadisəsi


Birləşmiş Ştatlar prokurorluğu 13 oktyabrda bildirib ki, cümə günü – 11 oktyabrda ABŞ-nin Miçiqan ştatında evə girmək üçün özünü kommunal işçi kimi təqdim edərək kameralara tuş gələn şəxs “dəhşətli” hücumla bir adamı öldürməkdə və arvadını bağlamaqda ittiham olunub.

Miçiqan ştatının Dirborn şəhərindən olan 37 yaşlı Karlos Yose Hernandez Luiziana ştatında həbs edilib. O ağır cinayətdə və qanunsuzluqda günahlandırılır. Qeyd edək ki, Carlos törətdiyi əməldə yanlız olmayıb, onun tərəf müqabilinin kimliyi isə hələ öz sirrini qoruyur.  

Öldürülən şəxs 72 yaşlı Hüseyn Murraydır. Məlumata görə qurbanın cinayətkarla öncədən tanışlığı olmayıb. Murrayın ailəsi verdiyi açıqlamada: “Onun ölüm xəbərindən çox üzüldük, necə və niyə olduğunu bilmədik, lakin ailəmiz onun olduğu adam olaraq bizə aşıladığı qətiyyətlə bu yolda davam edəcə",- deyib.

Mənbə: NBC news 

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et