Pokemon istehsalçısı Game Freak, həftə sonu məlumatların onlayn görünməsindən sonra məlumat sızmasının qurbanı olduğunu təsdiqləyib.

1996-cı ildən bəri Nintendo-ya məxsus eksklüziv video oyun seriyası hazırlayan şirkət bu ilin avqustunda serverlərinin "hack" edildiyini bildirib. Açıqlamada indiki, keçmiş və müqaviləli işçilərin adlarını və e-poçt ünvanlarını ehtiva edən 2606 maddəyə daxil edildiyi bildirilib.
Şirkət onlayn yayımlanan digər məlumatlar haqqında, yayımlanmayan və gələcək layihələrin detalları ilə bağlı heç bir şərh verməyib. "Game Freak" mümkün olduğu qədər təsirlənən şəxslərlə fərdi olaraq əlaqə saxlayacağını və gələcəkdə oxşar hücumların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib.
“Bütün iştirakçılara səbəb olunan narahatlığa görə dərin üzr istəyirik",- deyə qeyd edilib.
Mənbə: BBC News
Tərcümə etdi: Səidə Əsədli
