Bu gün:

Saxara səhrasını son on ildə ilk dəfə su basıb


Dünyanın ən quraq ərazilərindən biri olan Sahara səhrası son onillikdə ilk dəfə daşqına məruz qalıb, selin keçdiyi yerlərdə göllər və qum təpələri meydana gəlib.

Saxaraya ildə cəmi bir neçə dəfə, adətən yazın sonlarında az miqdarda yağıntı düşür. Bu il isə sentyabr ayının sonlarından etibarən səhranın Mərakeşin cənub-qərbindəki hissəsində qeyri-adi miqdarda  yağışın yağması müşahidə olunub. Mərakeşin cənub-şərqində bir səhra şəhəri olan Ər-Rəşidiyyə şəhərində iki gün ərzində qeydə alınan yağıntının miqdarı səhranən sentyabr ayı üçün təxmin olunan ümumi aylıq miqdarından dəfələrlə çoxdur.

Yağışlar, həmçinin Mərakeşin ən böyük milli parkı olan “İriki Milli Parkı”-nın quru göllərini də doldurub. Bundan əlavə, yağıntılar əsasən ucqar, məskunlaşma olmayan ərazilərə düşsə də daşqınlar ötən ay onlarla insanın ölümünə səbəb olub.

Mənbə: CNN

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et