İstanbulda yaşayan Çiğdem Telli qızı ilə oynayarkən övladının dirsəyinin vurması nəticəsində sinəsində kütlə müşahidə edib. O, həkimə gedib və Tellinin sinəsində şiş olduğunu öyrənib. Telli bir illik kimyaterapiya və müalicədən sonra sinə xərçənginə qalib gələ bilib.

Çiğdem Telli 1 il əvvəl qızı ilə oynayarkən qızı dirsəyinə vurduğunda sinəsində ağrı hiss edib. Bunun üzərinə əli ilə yoxlayanda kütlə müşahidə edən Telli həkimə gedəndə onun sinəsində şiş olduğunu öyrənib.
Kimyaterapiyaya başlayan Telli saçlarının tökülməyə başladığını və qəbul prosesinin çətinliklərini izah edib.
Xəstəliyin aradan qaldırılmasında ən mühüm mərhələnin qəbullanma mərhələsi olduğunu deyən Telli, "Kütləni erkən fərq etdim, amma qadınlar hər şeyi şansa buraxmamalı, ayda bir dəfə özlərini əl ilə müayinə etməlidirlər. İldə bir dəfə mamoqrafiya da edə bilərlər. Xərçəng güclü deyil, güclü olan bizlərik. Vaxtında qoyulan diaqnoz çox vacibdir deyib.
Mənbə: NTV Türkiyə
Tərcümə etdi: Fidan Fərmanlı
