Bu gün:

Əfsanəvi tennisçi


Əfsanəvi tennisçi Rafael Nadal karyerasında 22 Böyük Dəbilqə qazanan əfsanəvi tennisçi Rafael Nadal bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.

38 yaşlı tennisçi gələn ay Malaqada keçiriləcək Devis Kubokunun finalında İspaniyanı təmsil edərək son görüşünü keçirəcək.Nadal son iki ildə zədə səbəbindən kortlara çətinliklə çıxa bilir. Keçən il o, 2024-cü ilin sonunda tennisi tərk edə biləcəyi mesajını vermişdi.

 Əfsanəvi tennisçi cümə axşamı paylaşdığı videoda "Mən sizə demək üçün gəldim ki, peşəkar tennisdən ayrılacağam" dedi. Mən məhdudiyyətsiz oynaya biləcəyimi düşünmürəm ki, Nadal kişilərin təklik tarixində ikinci ən uğurlu tennisçidir. Onu ötməyi bacaran yeganə şəxs uzun illər onun ən böyük rəqibi olan serbiyalı futbolçu Novak Cokoviçdir."Gil kralı" kimi tanınan Nadal gilli kortlarda keçirilən Fransa Açıq kubokunu 14 dəfə qaldırıb və Rolan Qarrosda keçirdiyi 116 əsas matçın 112-də qalib gəlib. Böyük Dəbilqə yarışlarının təklər kateqoriyasında bu qədər kubok qazanan Nadaldan başqa heç bir tennisçi yoxdur ki, Nadal 2023-cü ildə Fransa Açıq Çempionatında oynamayacağını açıqlayanda, o da turnirin sonunda tennisdən ayrılacağını deyib. Lakin o, bu mövsümün əvvəlində korta qayıdandan sonra gələcəyi ilə bağlı fikirləri dəyişmiş kimi görünürdü.

 Dünyanın keçmiş bir nömrəsi dəfələrlə bədəni icazə verdiyi müddətdə oynamağa davam etmək istədiyini söylədi. Lakin iyul ayında Paris Olimpiadasında rəqibi Cokoviçə uduzduqdan sonra o, təqaüdə çıxmağın vaxtı olduğuna qərar verdi. Nadal, "Bu, mənim üçün çətin və vaxt aparan bir qərar idi. Bununla belə, həyatda hər şeyin bir başlanğıcı və sonu var" dedi , həyatda hər şeyin başlanğıcı və sonu var." dedi. Yanvar ayında Brisben ilə rəqabətli turnirlərə qayıdan Nadal sonradan ombasından aldığı zədə səbəbindən Avstraliya Açıq çempionatında iştirak edə bilməyib. Avropanın gil mövsümündə dörd turnirdə iştirak edən ispan raketkaçısı Fransa Açıq çempionatının ilk mərhələsində mübarizədən kənarlaşdırılıb.O vaxtdan bəri o, yalnız iki turnirdə, Bastad və Rolan Qarrosda keçirilən Olimpiya oyunlarında iştirak edib.

Nadal 19-24 noyabr tarixlərində keçiriləcək Devis Kubokunun final mərhələsi üçün İspaniya komandasına daxil edilib. Əfsanəvi tennisçi “Düşünürəm ki, gözlədiyimdən daha uzun və daha uğurlu karyeraya son qoymağın vaxtıdır” dedi və əlavə etdi:

“Mən çox həyəcanlıyam ki, mənim son turnirim Devis Kubokunun finalı olacaq və mən burada ölkəmi təmsil edəcəyəm”.

Mənbə: BCC news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et