Bu gün:

Milton qasırğası


Qərbdə bəzi rayonlarda suyun verilişində fasilə yaranıb. Sankt-Peterburq və Tampaya yağan yağışın min ildə bir dəfə baş verəcək intensivliyin yarım metrə çatdığı bildirilir.

Son məlumata görə, Tampada genişmiqyaslı dağıntı olmayıb. Ştatın 51 bölgəsində fövqəladə vəziyyət elan edilərkən, 31 bölgəyə təxliyə əmri verilib. 

Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi (FEMA) 1200 axtarış-xilasetmə personalı ilə qasırğa sahilə çatmazdan əvvəl hazır idi. ABŞ prezidenti Co Bayden də Milton qasırğasının “son 100 ildə ABŞ-da baş verən ən pis fırtınalardan biri” ola biləcəyi barədə xəbərdarlıq edib. Ştatda yüzlərlə aviareys ləğv edilib, bəzi hava limanları da bağlanıb.

Mənbə: bbc news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et