Bu gün:

Osimhendən "Qalatasaray"a şad xəbər


Trendyol Super Liqasında milli matça lider kimi daxil olan "Qalatasaray"da Viktor Osimhenin sevinci var. "Kasımpaşa" ilə matçda zədələnən nigeriyalı ulduz məşqlərə başlayıb.

Trendyol Super Liqasının 9-cu həftəsində "Antalyaspor"la qarşılaşacaq.

 "Qalatasaray" hazırlıqlarını davam etdirib.

Sarı-qırmızılı klubdan verilən açıqlamada məşqçi Okan Burukun rəhbərliyi altında Florya Metin Oktay Təsislərində keçirilən səhər məşqinin güc məşqi və qaçışla tamamlandığı bildirilib.

Bildirilib ki, topla isinmə hərəkəti ilə başlayan axşam məşqində iki qrupda topa sahiblikdən sonra üçə üç oyun keçirilib və məşq dörd komandanın yarışması ilə yekunlaşıb.

Kasımpaşa matçında zədələnən ulduz futbolçu Viktor Osimhenin xüsusi proqram çərçivəsində komandadan ayrı çalışdığı qeyd edilib.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et