Bu gün:

Beşiktaşın qapıçısı zədədən qayıdıb


Təcrübəli qolkiper "Konyaspor" matçı ilə meydana qayıdacaq.

UEFA Avropa Liqasında "Ayntraxt Frankfurt"la matçda zədəsi səbəbindən istirahət edən Mert Günok Trendyol Superliqasında Qaziantep Futbol Klubu ilə matçda 11-liyə qayıdıb.

35 yaşlı qolkiper müalicəsini klubunda davam etdirmək üçün Türkiyə Milli Komandasının namizəd heyətindən çıxarılıb. Təcrübəli qolkiperin Türkiyə millisinin matçlarında olmayacağı üçün sağlamlığını bərpa edəcəyi gözlənilir.

Mert Günok bu mövsüm "Beşiktaş"ın heyətində 11 rəsmi oyuna çıxıb. Təcrübəli qolkiper bu mövsüm ağ-qara formanı ən çox tərləyən adlar sırasındadır.

"Beşiktaş"ın digər qapıçısı Ersin Destanoğlu da meydana qayıdacaq. Qaziantep Futbol Klubu matçından əvvəl zədələnən Ersin də Tümosan Konyaspor matçı üçün heyətdə yer alacaq.

Mənbə: TRT Haber

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et