Bu gün:

İsrail Qəzzanın şimalındakı başqa bir bölgəyə təxliyə əmri verib


İsrail ordusunun sözçüsü Aviçay Adraee X hesabında etdiyi paylaşımda Qəzza zolağının şimalında D5 adlı ərazinin işarələndiyi xəritədən istifadə edib .

Adraee, təyin olunmuş bölgənin xalqına vacib bir mesaj olaraq verdiyi təlimatda sözügedən ərazinin təhlükəli bir döyüş bölgəsi olduğunu və oradakı insanların dərhal təxliyyə edilməli olduğunu açıqladı.

Fələstinlilərin sözügedən bölgəni tərk edərək sözdə "humanitar bölgə" olaraq təyin etdiyi başqa bir bölgəyə getməsini istəyən Adraee, daha əvvəl yüzlərlə sui-qəsdin və hava hücumunun həyata keçirildiyi Səlahəddin küçəsi marşrutu ilə hərəkət etmələri lazım olduğunu qeyd etdi. 

İsrail bir ildir ki, soyqırım müharibəsi apardığı Qəzza zolağında 2,3 milyon fələstinlinin məcburi köçündən sistemli silah kimi istifadə etməyə davam edir.

Bombaların hədəfinə düşməmək üçün bölgədən bölgəyə səpələnən fələstinlilər təhlükəsiz yerin olmadığı Qəzza zolağında hara gedəcəklərini bilmirlər. Çünki İsrail ordusu təhlükəsiz olaraq təyin etdiyi bölgələrə zorla köçürdüyü Fələstinli mülki vətəndaşların üzərinə bomba atmağa davam edir.

Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et