Bu gün:

Almaniyada kinoteatrda atışma: Bir nəfər güllələndi


Almaniyanın Krefeld şəhərindəki kinoteatrda eşidilən silah səsləri panikaya səbəb olub.

Krefeld polisindən əldə edilən məlumata görə, kinoteatrı yandırmağa cəhd edən bir şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib.

Yanğın törətmək istəyən şübhəli yaralı olaraq xəstəxanaya çatdırılıb. Polis şübhəlinin tək hərəkət etdiyini qiymətləndirdi. Yaralanan mülki vətəndaşların olub-olmadığını müəyyən etmək üçün işlərin davam etdiyi bildirilərkən, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et