Bu gün:

Kitab oxumağın faydaları


Araşdırmalara görə, yaddaşı gücləndirməyin yolu kitab oxumaqdır. Bir çox araşdırmada kitab oxumağın konsentrasiyanı artırdığı müşahidə edilmişdir. Diqqətlə öyrəndiyimiz məlumatlar da yaddaşımızda daha yaxşı qalır.  İzlədiyimiz  filmlər kimi, oxuyarkən beynimiz də aktiv vəziyyətdə işləyir. Beləliklə, əzbərləmə bacarığımız artır.

1. Koqnitiv zəifləmənin qarşısını alır

Tarixləri və hadisələri necə xatırladığımız, hiss etməyimiz idrak qabiliyyətimizdən asılıdır. Bu bacarıqların azalması 45 yaşında başlayır. Mütəmmadi olaraq, kitab oxumaq demans xəstəliyinin riskini azaldır. Alzheimer xəstəliyinin  qarşısını almağa da kömək edir.

2.Kitab oxumaq stressi azaldır

Ən böyük stress mənbəyi ağıldır. Gələcək qorxusu, narahatlıq və mənfi düşüncələr aşılmaz bir burulğana çevrilir. Meditasiya kimi kitab oxumaq da diqqəti müəyyən bir nöqtəyə yönəldir. Ağıl daim bədbin ssenarilərlə məşğul olduqda, təbii olaraq,  narahatlıq yaranır. Kitab oxuduğunuz zaman şüurunuz mövzuya doğru dəyişir və narahat fikirlərdən yayınırsınız. Konsentrasiyanız artır və özünüzü daha hüzurlu  hiss edirsiniz.

3.Yuxuya getməyinizi asanlaşdırır

8 dəqiqəlik kitab oxuduqdan sonra stress 68% azalır. Beləliklə, beyin sakitləşir. Rahat yatmağın sirri yatmazdan əvvəl sevdiyiniz kitabı oxumaq, nəzərdən keçirmək və analiz etməkdir.

4.Söz ehtiyatı genişlənir

Gündəlik həyatda söhbətlərin qısa müddətli olduğu anlarda daha az söz deyə bilərsiniz. Buna görə, bildiyiniz bir çox terminlərdən istifadə etmək imkanınız yoxdur. Kitab oxumaq həm cümlələri zənginləşdirmək, həm də daha çox söz öyrənmək üçün çox faydalıdır. Özünüz haqqında daha yaxşı danışmaq üçün biliklərinizi genişləndirməyiniz çox vacibdir.

5.Daha yüksək səviyyədə empatiya olacaq

Ünsiyyətin əhəmiyyəti empatiya, insan təbiətini daha yaxşı başa düşməyinizə imkan verən bir qabiliyyətdir. Başqalarının təcrübələri müəyyən vəziyyətlərə olan empatiya hissində böyük rol oynayır. Kitabdakı personajların duyğuları və həyatı fərqli bir baxış tərzi göstərərək həssaslığı artırır. Başqasının yerində olduğunuzu düşünərək necə hiss edəcəyinizi analiz edirsiniz. Kitab oxuyaraq "ağıl nəzəriyyəsi" də deyilən empatiya qabiliyyətini inkişaf etdirmək mümkündür.

Mənbə: Ceotudent

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et