Bu gün:

Balinalar haqqında bunları bilirdinizmi?




Dünyanın ən böyük heyvanları olan balinalar, nə qədər su canlıları olsalar da, suyun səthinə qalxmalı və nəfəs almalıdırlar. 30 dəqiqədən çox su altında qalan balinalar boğulur. Onların tənəffüsü əksər məməlilər kimi ağciyərlər vasitəsilə olur. Buna görə də, balinalar yarım saatdan çox suda qaldıqda batırlar.

Balinanın uzunluğu, təxminən, 35 metrdir. Onların çəkisi 150 tondan çoxdur. Balinaların bir çox növləri var. Bütün okeanlarda yaşaya bilərlər. Onlar ailə şəklində valideynlər və balalar şəklində yaşayırlar. Ömürləri, təxminən, 80 ildir. Çox böyük ağızları var. Eyni anda 300 baş mal-qara və 60 fil yerləşdirmək üçün kifayət qədər geniş bir mədəyə malikdir. Dişləri olan və olmayan balinaların növləri var. Dişli balinaların ağızlarında alt və yuxarı çənələrdə dişləri var və ovlarını dişləri ilə tuturlar. Dişsiz balinalar isə diş əvəzinə "fanonlar"adlanan, 400 çubuq şəkilli quruluşa malik orqana sahibdirlər. Ağızlarını tor kimi toxuyan bu "fanonlar" ilə ovlarını tuturlar. 

Balinalar necə eşidirlər?

 Balinalar ən kiçik səsi belə eşidə bilər. Hətta çox incə və zəif səsləri çox yaxşı eşidə bilirlər. Səsləri kilometrlərlə asanlıqla eşidə bilir. Balinaların daxili qulaqları var. Suyun keçiriciliyi sayəsində səsi asanlıqla eşidə bilirlər. Xarici qulaq olmadığı düşünülsə də, gözlərin altındakı iki kiçik dəlik onların qulaqlarıdır. Daxili qulaqlar vasitəsilə səsin hansı istiqamətə getdiyini asanlıqla müəyyən edə bilər. Balinalar çox dəyərli su canlılarıdır. Balinanın dərisi və ya hətta nəcisi istifadə olunur. Balina leş belə olduqca bahalı olan ətirlərin hazırlanmasında istifadə olunur.

Balinalar balanı necə dünyaya gətirir?

Balinalar 3 ildə bir doğur. Balinalar balalarını doğuş zamanı quyruğu ilə dünyaya gətirirlər. 11-15 aylıq hamiləlik dövründə balinalar bir bala doğur. Ana balina körpəsinə süd verir. Körpə balinanın qidalanması üşün anasının döşünü ağzına alır, amma əmmir. Anasının süd vurmasını gözləyir. Balina balası sürətlə böyüyür və gündə 100 kilo çəki əldə edir. Cütləşmə mövsümü gələndə kütləvi şəkildə köç edirlər. Yayda cütləşirlər və doğurlar. Balina südünün sıxlığı diş pastasına bənzəyir.

Mənbə: Teknogündemi

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et