Bu gün:

Nikola Tesla niyə 3, 6 və 9 rəqəmləri ilə maraqlanırdı?


Nikola Tesla dövrünün ən böyük alimlərindən biridir. Onun bir çox ixtiraları bu gün də öz sirlərini gizlədir. Bəs niyə Tesla 3, 6 və 9 rəqəmləri ilə maraqlanırdı?

Teslanın fikrincə, bu rəqəmlər kainatın sirlərini saxlayırdı. Bəs niyə Teslanın belə bir fikri var idi? Bunu anlamaq üçün əvvəlcə Teslanın necə bir insan olduğunu başa düşməliyik.

Teslanın foto yaddaşı da var idi. Bunlar Teslanı dövrünün digər alimlərindən fərqləndirən xüsusiyyətlərdən yalnız bir neçəsi idi. Əslində gəncliyindən fərqli şəxsiyyətə və istedada malik olan Tesla üçün 3, 6 və 9 rəqəmləri xüsusi yer tuturdu. Tesla bu vəsvəsəni müxtəlif yollarla göstərdi. Məsələn, o, evinə girməzdən əvvəl binanın ətrafında 3 dəfə dövrə vurar, yalnız 3, 6 və 9-un qatları olan otaqlarda qalır və ixtiralarında bu rəqəmlərdən tez-tez istifadə edərdi.

Bunun səbəbi dəqiq bilinməsə də, tarixdə 3, 6 və 9 rəqəmlərinə çox rast gəlinir. Məsələn, dünyanın ən sirli tikililəri olan piramidaların 3 küncü var. Bundan əlavə, bir çox dinlərdə bu rəqəmlərin xüsusi mənası var. Tesla üçün bu, "enerji, tezlik və vibrasiya"dır.

Bəs niyə Tesla bu rəqəmlərlə bu qədər maraqlandı? Onlar tarixdə və təbiətdə daim təkrarlandığı üçünmü? Yoxsa Tesla başa düşmədiyimiz bir şeyi bilirdi? Buna heç vaxt qəti bir cavab verilməsə də, bu rəqəmlərin Tesla üçün böyük əhəmiyyət kəsb etdiyi şübhəsizdir.

 

Mənbə: Allthatintresting.com

Tərcümə etdi: Amin Həsənli

Paylaş
Şərh əlavə et