Bu gün:

Antarktidada qızıl püskürən vulkan


Antarktidanın ikinci ən yüksək vulkanı olan Erebus ilk dəfə 1841-ci ildə kapitan ser Ceyms Klark Ross tərəfindən kəşf edilib. Lakin vulkan 130 il səssiz qaldıqdan sonra 1972-ci ildə yenidən aktivləşib. Alimlər indi vulkanın qızıl tozunu necə püskürtdüyünü araşdırırlar.

Erebus dağından gələn qızıl tozları bölgədəki sərt şərtlər səbəbindən kristallaşır. Nyu Meksiko Mədən və Texnologiya İnstitutundan Filip Kayla görə, Erebusun sakit təbiəti bu nadir qızıl hissəciklərinin üzməsinə və kristallaşmasına imkan verir. Digər vulkanlardan fərqli olaraq, Erebus qazı püskürmək əvəzinə yavaş-yavaş buraxır və qızılın kristallaşmasına vaxt verir.

Qızıl hissəcikləri hətta 621 mil məsafədə aşkar edildi və bu, onların havada uzun məsafələr qət edə bildiyini göstərdi. Bu qeyri-adi prosesi “ unikal ” olaraq xarakterizə edən mütəxəssislər, Erebusun qızıl püskürtmə qabiliyyətinin dünyada bənzərsiz olduğunu bildirirlər.

Erebus vulkanı öz sirrini və füsunkar təbiətini qoruyaraq elm dünyasını təəccübləndirməyə davam edir.

Mənbə: Dunyaninotesi.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et